Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
Avtoqəza rayonun Qırxşıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisədə bir nəfər ölüb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Report.