Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, “Prado” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Report.