İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.
1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni – 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N. Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.
Report.