Malayziya şahzadəsi Tenqku Puteri İlyana 32 yaşlı britaniyalı avtomobil yarışları pilotu Kristofer Froqqatt ilə ailə qurub.
Bu barədə HELLO! nəşri məlumat yayıb.
Şahzadənin xüsusi ailə tacını taxdığı mərasim zamanı nikah andları oxunub, üzüklər taxılıb və cehiz təqdim olunub.
Gəlinin atası, Malaziya kralı Sultan Abdulla Sultan Əhməd Şah cütlüyə xeyir-dua verib.
Ənənəvi mərasimləri Malaziyanın vəliəhd şahzadəsi Tenqku Hassanal İbrahim Aləm Şah və BƏƏ vitse-prezidentinin nümayəndəsi şeyx Məhəmməd bin Həməd bin Tahnun Əl Nəhəyyan müşayiət ediblər.
Qeyd edək ki, 29 yaşlı İlyana Malayziyanın indiki kralı Sultan Abdulla Sultan Əhməd Şahın və onun ikinci həyat yoldaşı, aktrisa Culiya Raisin qızıdır. İlyana və Froqqatt arasında münasibətlər uzun müddət gizli saxlanılıb. Kristofer Froqqat “GT World Challenge Europe” avtomobil yarışlarında çıxış edən “Tempesta Racing” komandasının qurucusu və pilotudur.
