“Şahinlərin Görüşü – 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

“Şahinlərin Görüşü – 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

“Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqlara açıq hava muzeyi və parkdakı eksponatlar, o cümlədən tanklar, artilleriya qurğuları və döyüş zamanı qənimət götürülmüş digər ağır silahlar haqqında ətraflı məlumat verilib.

Ziyarətçilər Hərbi Qənimətlər Parkını gəzərək şanlı Zəfər tarixi və Azərbaycan əsgərinin rəşadətini bir daha böyük qürur hissi ilə yad ediblər.

Report.