Sentyabrın 9-da saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 1) baş tutacaq.
Qəbulda Samux və Göygöl rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinlərinin müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Report.