Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qazax şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul iyulun 3-də saat 10:00-da Qazaxda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbul zamanı Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Report.