Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
O, bu barədə Qırğızıstan mediasına açıqlamasında bildirib.
Dövlət başçısı vurğulayıb ki, arzu edən hər kəs seçkilərdə iştirak edə bilər və digər namizədlər üçün heç bir məhdudiyyət olmayacaq.
Növbəti prezident seçkiləri seçki qanunvericiliyinə dəyişikliklərdən sonra 2027-ci il yanvarın 27-də keçirilməlidir.