Şabranda narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə təqsirləndirilən 60 yaşlı Sahib İbrahimov həbs olunub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb.
Report.