Sabirabadda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Sabirabadda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Sabirabadda avtoqəzada 4 nəfər xəsarət alıb.

Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “KİA” və”Opel” markalı minik avtomobilləri toqquşub.

Xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər 17.08.2026-cı il tarixində 14:50 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.Hazırda 1 nəfərin instrumental diaqnostik müayinələri davam etdirilir.

Report.