Sabirabadda baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Sabirabadda baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunun rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Report.