Sabahdan I sinfə elektron qəbul yekunlaşır

Sabahdan I sinfə elektron qəbul yekunlaşır

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Qəbul prosesi www.mektebeqebul.edu-az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir. 

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

Alternativ qeydiyyat mərkəzlərinə;

Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;

ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Qafqazinfo.