Rza Arif: ABŞ-nin iqtisadi təzyiqi İran xalqının iradəsini dəyişdirə bilməz

Rza Arif: ABŞ-nin iqtisadi təzyiqi İran xalqının iradəsini dəyişdirə bilməz

Vaşinqtonun sanksiyalar vasitəsilə Tehrana artan iqtisadi təzyiqi İran hökumətinin və xalqının mövqeyini dəyişməyəcək, əksinə, əks təsir göstərəcək.

Bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif “X” sosial şəbəkəsində yazıb.

“Hökumət imkan verməyəcək ki, Amerika iqtisadiyyatı (təzyiqi-red) iqtisadi sabitliyə və insanların (İran əhalisinin- red) dolanışığına zərbə vursun. İslam İnqilabının təcrübəsi göstərdi ki, iqtisadi təzyiq İran xalqının iradəsini dəyişdirə bilməz və əks nəticəyə gətirib çıxarır”, – o yazıb.

Report.