Rusiyanın Ryazan vilayətində kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu səbəbindən neft emalı zavodunun (NEZ) ərazisində yanğın baş verib.
Bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib.
“Bu gün gecə və səhər saatlarında regionumuz kütləvi PUA hücumuna məruz qalıb. Neft emalı zavodunun ərazisində yanğın baş verib”, – o yazıb.
Qubernator bildirib ki, həmçinin başqa bir müəssisənin ərazisində anbar və avtomobillərə ziyan dəyib.
Report.