İkitərəfli münasibətlərdəki qıcıqlandırıcı amillərin həlli üçün yeni Rusiya-ABŞ nümayədələrinin görüşü yaxın həftələrdə planlaşdırılır.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Yaxın həftələrdə (görüş planlaşdırılır -red.)”, – o, müvafiq suala cavab olaraq deyib.
S.Ryabkovun sözlərinə görə, bu cür görüşlər bir qədər müntəzəm hala gəlib.
“Biz bunu faydalı hesab edirik. Digər məsələ isə məzmunlu nöqteyi-nəzərdən irəliləyiş sürətinin arzuolunan və gözləniləndən aşağı olmasıdır.
Buna baxmayaraq, biz bundan imtina etmirik; irəliləməyə davam edəcəyik”, – diplomat vurğulayıb.
İyunun sonunda Ryabkov Rusiya və ABŞ arasında münasibətlərdəki qıcıqlandırıcı amillərin həlli ilə bağlı dialoqun hazırda dayandırıldığını, lakin yayın sonuna qədər yeni ekspert məsləhətləşmələrinin mümkün olduğunu bildirib.