Rusiyanın xarici dövlət borcu bir ayda 600 milyon dollardan çox artıb

Rusiyanın xarici dövlət borcu bir ayda 600 milyon dollardan çox artıb

Rusiya Federasiyasının xarici dövlət borcunun həcmi 2026-cı il iyulun 1-nə olan vəziyyətə görə 55,494 milyard dollara çatıb. Bu göstərici bir ay ərzində 1,12% artım nümayiş etdirib.

Bu rəqəmləri Rusiya Maliyyə Nazirliyi yayıb.

Məlumata əsasən, cari ilin iyunun 1-də Rusiyanın xarici dövlət borcunun göstəricisi 54,876 milyard dollar təşkil edib.

Report.