Rusiyanın Vladimir vilayətində PUA hücumundan sonra “Wildberries”in anbarı yanıb

Rusiyanın Vladimir vilayətində PUA hücumundan sonra “Wildberries”in anbarı yanıb

Rusiyanın Vladimir vilayətinin Sobinka dairəsindəki anbarda yanğın olub, logistika obyektinin əməkdaşları təxliyə edilib.

Bu barədə Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev məlumat verib.

“Anbar kompleksinə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum edilib. Dağıntılar, yanğın var”, – o bildirib.

RWB şirkəti obyektin “Wildberries” marketpleysinə aid olduğunu təsdiqləyib.

Report.