Rusiya Federasiyasının (RF) şərqindəki Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində ayıların şəhərə çıxması hallarının artması fonunda yüksək hazırlıq rejimi tətbiq edilib.
Bu barədə şəhər administrasiyası məlumat yayıb.
“Bu gün saat 18:00-dan etibarən Petropavlovsk-Kamçatski şəhər dairəsində ayıların peyda olması ilə əlaqədar həyata yaranan təhlükənin aradan qaldırılmasına yönəlmiş tədbirlərə cəlb olunan qüvvə və xidmətlər üçün yüksək hazırlıq rejimi tətbiq edilir”, – meriyanın saytında diyar mərkəzinin rəhbəri Andrey Vorovskidən sitat gətirilir.
Şəhərdə zibilin operativ şəkildə daşınmasına nəzarət gücləndirilir, valideynlərə uşaqları məktəbə qədər müşayiət etmək və geri gətirmək tövsiyə olunur. Şəhər sakinləri ayıq-sayıq olmağa çağırılır.