Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyada bir sıra mühüm hərbi hədəfləri vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Çernomorskoye ərazisində dəniz heyətsiz kater bazası vurulub. Baza düşmənin Qara dənizdə döyüş və xüsusi tapşırıqları yerinə yetirmək üçün istifadə etdiyi dəniz heyətsiz katerlərinin saxlanması, hazırlanması və texniki xidmət göstərilməsi üçün istifadə olunur”, – məlumatda qeyd edilib.
Bundan başqa, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərini Krımla birləşdirən Çonqar ərazisindəki “Sivaş” dəmiryol körpüsünə və Vladislavovka ərazisindəki dəmiryol körpüsünə də zərbə endirilib. Bu körpülər hərbi logistikanın mühüm elementləri olub.
Həmçinin Sevastopolda Rusiya Qara Dəniz Donanmasının radioelektron kəşfiyyat bölməsi də vurulub.