2025-ci ildə Şuşa Media Forumunda Azərbaycan Prezidentinə ünvanladığı müsbət suala görə Rusiyanın TASS informasiya agentliyindəki çoxillik vəzifə və karyerasını itirən jurnalist Mixail Qusmanla bağlı sevindirici xəbər var.
Tanınmış jurnalist Azərbaycanın yeni televiziyası olan ingilisdilli Anewz kanalında fəaliyyətə başlayıb. Artıq onun Slovakiya prezidenti ilə müsahibəsi də televiziyada yayımlanıb.
Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev Mixail Qusman və Sergey Markovun məhz ona müsbət suallar ünvanlandığı üçün Rusiyada cəzalandırıldıqların açıq şəkildə söyləmişdi.