Rusiyada yol-nəqliyyat hadisəsində altı nəfər həlak olub

Rusiyada yol-nəqliyyat hadisəsində altı nəfər həlak olub

Rusiyanın Amur vilayətində avtomobilin yandığı yol-nəqliyyat hadisəsində altı nəfər həlak olub.

Bu barədə regional Daxili İşlər İdarəsindən bildirilib.

“Avtomobil qəzası nəticəsində dörd nəfər (hər iki avtomobilin sürücü və sərnişinləri) aldıqları xəsarətlərdən hadisə yerində həyatını itirib. “Toyota” avtomobilinin iki sərnişini xəstəxanaya çatdırılıb və sonradan onlar da orada dünyasını dəyişiblər”, – idarənin “Telegram” kanalındakı məlumatında deyilir.

İlkin məlumatlara görə, qəza ötən gün axşam saatlarında Blaqoveşensk – Qomelevka avtomobil yolunun 41-ci kilometrliyində baş verib.

“Infiniti” sürücüsü qarşı hərəkət zolağına çıxaraq “Toyota Corona Premio” ilə toqquşub, zərbədən sonra birinci nəqliyyat vasitəsi alışıb.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.

Report.