Rusiyada “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyada “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Vladimir şəhərində bulud xidmətlərini təmin edən “Yandex” məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb.

Bu barədə “Yandex Cloud” teleqram kanalında bildirib.

Hücum nəticəsində məlumat mərkəzinin avadanlığına ziyan dəyib. Xəsarət alan olmayıb. Mütəxəssislər fəsadların aradan qaldırılması üçün hadisə yerində işləyirlər.

Şirkət xəbərdarlıq edib ki, qalan infrastruktur qəza rejimində işləyir və onun sabitliyinə zəmanət verilmir.

Report.