Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak olub

Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak olub

Rusiyanın Kareliya Respublikasının Kondopoqa rayonunda R-21 “Kola” avtomobil yolunda baş verən yol qəzasında iki polis əməkdaşı da daxil olmaqla üç nəfər ölüb.

Bu barədə regionun Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Qəza nəticəsində üç nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub. Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirirmişlər”, – deyə məlumatda bildirilib.

Daha bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisənin bütün təfərrüatları araşdırılır.

Report.