Rusiyada miqrantlar üçün tələblər sərtləşdirilir

Rusiyada miqrantlar üçün tələblər sərtləşdirilir

Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarına qarşı tələbləri sərtləşdirən qanunları imzalayıb.

Bundan sonra miqrantlar özlərini və Rusiyada yaşayıb himayələrində olan ailə üzvlərini regional əmsala vurulmuş yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməli olacaqlar.

Bu qanun çərçivəsində miqrantlar Rusiya Daxili İşlər Nazirliyinə gəlirlər haqqında arayış, vergi bəyannaməsinin surətini və ya fiziki şəxsin gəlir vergisinin ödənildiyini təsdiq edən sənədləri təqdim etməli olacaqlar.

Report.