Rusiyada “Mi-2” helikopteri qəzaya uğrayıb, pilot həlak olub

Rusiyada “Mi-2” helikopteri qəzaya uğrayıb, pilot həlak olub

Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı təyinatlı “Mi-2” helikopteri Kalininskaya stansiyasından 2 km aralıda qəzaya uğrayıb.

Bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Kalininskaya stansiyasından 2 km aralıda tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı “Mi-2″ helikopteri yerə düşüb. Hadisə nəticəsində 20 kv. m sahədə yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb. Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub”, – məlumatda bildirilib.

Report.