Rusiyada 28 yaşlı hamilə qadın Vladivostokda yaşayış binasının yeddinci mərtəbəsindən yıxıldıqdan sonra sağ qalıb və yalnız əzik xəsarətləri alıb.
Bu barədə Primorsk Diyarı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qadının sözlərinə görə, o gecə yata bilməyib və pəncərəni silmək qərarına gəlib. Təmizlik zamanı qadının ayağı sürüşüb və o, arxasıüstə pəncərədən yıxılıb.
Onun qışqırığını eşidən qonşusu təcili yardım çağırıb.
Report.