Rusiyada əlverişsiz hava səbəbindən bir nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiyada əlverişsiz hava səbəbindən bir nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiyanın Rostov-na-Donu şəhərində əlverişsiz hava şəraiti səbəbindən bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bu barədə şəhər administrasiyasının rəhbəri Aleksandr Skryabin sosial şəbəkədə bildirib.

“Bədbəxtlikdən pis hava şəraiti təkcə dağıntılar gətirmədi: 13 nəfər xəsarət alıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib, bir nəfər isə ölüb”, – o yazıb.

Qeyd olunub ki, leysan və şiddətli küləyin fəsadları səbəbindən 100-ə yaxın insident qeydə alınıb.

“26 hadisənin fəsadları aradan qaldırılıb, 73 insident nəzarət altındadır”, – Skryabin yazıb və əlavə edib ki, şəhərdə su təchizatı tam bərpa olunub, lakin elektrik enerjisinin verilişində fasilə davam edir.

Report.