Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır

Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır

Ermənistan rəhbərliyinin hazırkı siyasəti ölkənin hakim dairələrinin Rusiya ilə əsl müttəfiqlik çərçivəsində qarşılıqlı fəaliyyətə hazır olması ilə bağlı böyük şübhələr yaradır.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev brifinqdə bildirib.

“Hələlik biz görürük ki, Ermənistan rəhbərliyi bizim əlaqələrimizin perspektivini birtərəfli hərəkəti olan küçə kimi qəbul edir. Və əlbəttə ki, biz daha real, balanslaşdırılmış yanaşmaya ümid edirik. İrəvanda guya alternativ vektorlar axtarmağa mane olan Moskva ilə eksklüziv münasibətlərdən imtina edirlər”, – Fadeyev bildirib.

O həmçinin vurğulayıb ki, Moskva İrəvanın Rusiya ilə münasibətlərdə “şantaja keçmək” cəhdlərini müşahidə edir.

Fadeyev qeyd edib ki, Rusiya Ermənistandan ixraca qarşı “restriksiyalar” tətbiq etmir, bəzi kateqoriya malların keyfiyyəti ilə bağlı bir sıra problemlər mövcuddur.

Report.