Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının 2027-ci ilin sentyabrınadək uzadılması haqqında layihəyə veto qoyublar.

ABŞ tərəfindən hazırlanan qətnamə layihəsinin lehinə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i səs verib.

Somali və Pakistan səsvermədə bitərəf qalıblar.

Report.