Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb

Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi kiberhücuma məruz qalıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Diqqət! Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi kütləvi kiberhücuma məruz qalıb. Nəticədə hücum edənlər əhaliyə saxta məlumatlar göndərə biliblər”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, hazırda zəifliyin aradan qaldırılması və tətbiqin normal fəaliyyətinin bərpası istiqamətində işlər aparılır.

Əhaliyə “nüvə başlıqlarının buraxılması” barədə bildiriş və “üç həftəlik ərzaq ehtiyatı yaradın” xəbərdarlığı göndərilib.

Report.