Rusiya bazarına tədarükün bərpasının şərtləri Ermənistandan ölkəmizə gətirilən kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, onlara dair məcburi tələblərin yerinə yetirilməsidir.
Bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
“Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarükün izlənilməsi və digər məcburi tələblər hazırda məhdudiyyətlərin tətbiq olunduğu malların idxalının bərpası üçün ən mühüm şərtdir”, – məlumatda vurğulanıb.
Qeyd olunub ki, bu məsələ Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində baş tutan, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında keçirilən görüşdə müzakirə edilib.