Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb

Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb

Rusiyanın daxili bazarında avtomobil benzininin çatışmazlığı hazırda təxminən 5 %-dir.

Bu barədə Baş nazirin müavini Aleksandr Novak “Vesti”yə Rusiya enerji həftəsi çərçivəsində bildirib.

“Avtomobil benzininə gəldikdə, daxili bazar hazırda olduqca gərgin olaraq qalır. Bazarda qismən çatışmazlıq var – təxminən 5 %”, – Novak deyib.

O, vəziyyəti həll etmək üçün görülən tədbirlər kimi neft emalı həcmlərinin artırılmasını, neft emalı zavodlarının təmirinin təxirə salınmasını və benzin idxalını göstərib.

Report.