ABŞ Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) infrastrukturunu inkişaf etdirmək və tərəfdaşlara ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün daha böyük imkanlar yaratmaq niyyətindədir.
Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Səmərqənddə “C5+1” formatında keçirilən nazirlər görüşündə bildirib.
Rubionun sözlərinə görə, Mərkəzi Asiya tarixən Şərq və Qərb arasındakı ticarət yollarının qovşağı olub və bu gün beynəlxalq ticarətdə yenidən mühüm rol oynamağa hazırdır. Region həmçinin bütün ölkələrin gələcəyi üçün həlledici əhəmiyyət daşıyan materialların tədarük edildiyi investisiya və ixrac mərkəzinə çevrilir.
Report.