“Rospotrebnadzor” Ermənistandan su və qazlı içkilərin satışını dayandırıb

“Rospotrebnadzor” Ermənistandan su və qazlı içkilərin satışını dayandırıb

“Rospotrebnadzor” Ermənistan istehsallı 70 mindən çox içməli su və qazlı içkini bloklayıb.

Bu barədə təşkilatdan “Kommersant”a bildirilib.

Qərar istehsalçılar tərəfindən məhsula dair məcburi tələblərin pozulması səbəbindən qəbul edilib.

Məhdudiyyətlərə “RRR” mineral sular zavodunda istehsal olunan “BJNİ” (BJNI) mineral içməli su, həmçinin Ermənistanın “VATERLOK” şirkətinin “Prosto Azbuka” içməli suyu, o cümlədən uşaqlar üçün olan növü və DARBAS ticarət markalı (“Arsen yev Nerses” MMC) alkoqolsuz Moxito düşüb.

Report.