Tehran AQEM-in Bakıda keçirilən sammitinin təşkilinə və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş səylərinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirir.
Bunu İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, AQEM-in sammiti Asiyanın bir sıra mürəkkəb təhlükəsizlik təhdidləri ilə üzləşdiyi bir dövrdə keçirilir:
“Regionda həllini tapmamış böhranlar təhlükəsizliyin təmin edilməsinə dair mövcud yanaşmalara yenidən baxılmasını və Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsini heç vaxt olmadığı qədər zəruri edir”.
Report.