Rəmişin qardaşı vəfat etdi

Rəmişin qardaşı vəfat etdi

Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib.

Bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb. O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Romik Hüseynov Birinci Qarabağ müharibəsi qazisi olub.

Qafqazinfo.