Radek Şpicar: “Azərbaycan Çexiya biznesi üçün strateji hab ola bilər”

Radek Şpicar: “Azərbaycan Çexiya biznesi üçün strateji hab ola bilər”

Çexiya Azərbaycana sadəcə öz məhsullarının reallaşdırılması üçün bazar kimi deyil, həm də regionda daha da irəliləmək üçün strateji platforma kimi baxır.

Bu barədə Çexiyanın Sənaye və Nəqliyyat İttifaqının vitse-prezidenti Radek Şpicar (Radek Špicar) “Azərbaycan-Çexiya Biznes Forumu”nda bildirib.

“Biz Azərbaycanı təkcə mallarımız və xidmətlərimiz üçün son məntəqə kimi cəlb etmək deyil, həm də ondan regionda mövcudluğumuzu daha da genişləndirmək üçün hab kimi istifadə etməyə çalışırıq. Əminəm ki, siz bu strateji rolu yerinə yetirə biləcək qədər möhkəm mövqe tutmusunuz və biz bu üstünlükdən yararlanmaq istərdik”, – o vurğulayıb.

Report.