“Qurtuluş” Reabilitasiya Mərkəzi rəhbəri və işçiləri məhkəmə zalından azadlığa buraxılıb

“Qurtuluş” Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşınına hökm oxunub.

Bu barədə Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyev sədrliyi ilə keçirilən prosesdə Ceyhun Salmanova 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Elşad Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Report.