Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Türkiyənin Aksaray-Konya yolunda 7 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib və 15 nəfər yaralanıb.

Aksaray-Konya avtomobil yolunun Konya istiqamətində şiddətli qum fırtınası səbəbindən 2-si mikroavtobus olmaqla ümumilikdə 7 avtomobil zəncirvari qəzaya düşüb.

İlkin məlumatlara görə 15 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Aksaray Tədris və Tədqiqat Xəstəxanasına yerləşdirilib.

Report.