İran 2026-cı ilin əvvəlindən bəri neft satışından əldə olunan 9 milyard dollar gəliri Mərkəzi Bankın (İMB) sərəncamına verib.
Bu barədə İMB-nin sədri Əbdülnasir Hemmətinin valyuta məsələləri üzrə köməkçisi Mehdi Qudarzi deyib.
“Neft ixracının məhdudlaşdırılması neft satışının və ya əvvəlki satışlardan əldə olunan vəsaitlərin alınmasının dayandırılması demək deyil”, – o bildirib və əlavə edib ki, hətta ixracda məhdudiyyətlər yarandığı təqdirdə belə, keçmiş satışlardan əldə olunan vəsaitlər yenə də valyuta təminatı dövriyyəsinə daxil ola bilər.
Report.