Qırğızıstan və Qazaxıstan ticarət dövriyyəsini 2030-cu ilədək 3 milyard dollara çatdırmaq niyyətindədir

Qırğızıstan və Qazaxıstan ticarət dövriyyəsini 2030-cu ilədək 3 milyard dollara çatdırmaq niyyətindədir

Qırğızıstan və Qazaxıstan 2030-cu ilə qədər ikitərəfli ticarətin həcmini 3 milyard dollara çatdırmaq niyyətindədir.

Bu barədə ölkənin Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev Bişkekdə iki ölkənin İkinci Regionlararası Əməkdaşlıq Forumunun açılışında bildirib.

Onun sözlərinə görə, iki dövlət başçısının siyasi iradəsi və dəstəyi sayəsində ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ardıcıl olaraq möhkəmlənir: “2024-cü ildə imzalanmış müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsinə dair saziş bütün əsas istiqamətlər üzrə əməkdaşlıq üçün yeni imkanlar açıb”.

Report.