5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada vəfat edib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan rayonun Muxax kənd sakini 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov həkimlərin səyinə baxmayaraq, bu gün gönorta saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, hadisə avqustun 14-də Qax-Zaqatala avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Ramazanovun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Qafqazinfo.