Qəzada 4 nəfər yaralandı, ikisi yeniyetmədir – Foto

Qəzada 4 nəfər yaralandı, ikisi yeniyetmədir  – Foto

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Cəlilabad şəhərində “VAZ” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan 4 nəfər – Fatimə Mirzəzadə (2010), Cəlal Mirzəzadə (1980), Elçin Quliyev (1979) və Şəfa Məmmədova (2010) rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Qafqazinfo.