Qətl törədib qaçmışdı, polis saxladı

Qətl törədib qaçmışdı, polis saxladı

Paytaxtda qətl hadisəsi baş verib.

Məlumata görə, hadisə bu gün 20 radələrində Xətai rayonu ərazisində olub.

Belə ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib.

O.Yusubov aldığı xəsarətlərdən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən S.Camalovu polis əməkdaşları saxlayıblar.

Araşdırma aparılır.

Qafqazinfo.