Qətər 580 milyard dollarlıq aktivlərin idarə olunması üçün yeni investisiya platforması yaradacaq

Qətər 580 milyard dollarlıq aktivlərin idarə olunması üçün yeni investisiya platforması yaradacaq

Qətər suveren fondunun – təxminən 580 milyard dollar həcmində aktivlərə malik Qatar Investment Authority (QIA) – ölkə daxilindəki portfelinin idarə edilməsi və inkişafı üçün Doha Investment investisiya platforması yaradacaq.

Bunu ölkənin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, yeni struktur milli şirkətlərin inkişafına, böyüyən biznesin dəstəklənməsinə, kapital bazarlarının dərinləşdirilməsinə, həmçinin beynəlxalq investisiyaların və ekspertizanın cəlb edilməsinə kömək edəcək.

Qətər qarşıdakı beş il ərzində, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində təxminən 38,5 milyard dollar dəyərində infrastruktur layihələri həyata keçirməyi planlaşdırır. Bundan əlavə, daşınmaz əmlak və hotel biznesinə təxminən 22,5 milyard dollar həcmində özəl investisiya yatırılması gözlənilir.

Report.