Qəribabadi: Heç bir gəmi İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməz

Qəribabadi: Heç bir gəmi İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməz

Rəsmi tehran Hörmüz boğazının bağlı olduğunu və heç bir gəminin İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməyəcəyini bəyan edib.

Bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“Hörmüz boğazı tamamilə bağlıdır və əgər bir gəmi boğazdan keçərsə, bu, mütləq İranın koordinasiyası və icazəsi ilədir”, – XİN başçısının müavini bildirib.

O qeyd edib ki, Hörmüz boğazındakı hər cür hərəkət İranın silahlı qüvvələrinin tam nəzarətindədir və ABŞ-nin gəmilərin boğazdan keçməsi ilə bağlı iddiaları doğru deyil.

“Biz Omanla Hörmüz boğazından keçid tənzimləmələri barədə razılığa gəlmişik, lakin Amerika öz öhdəliklərini yerinə yetirməyənə qədər boğaz açılmayacaq”, – Qəribabadi vurğulayıb.

Report.