Bu gün günorta saatlarından başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsindən keçən Qaraçayda sel qeydə alınıb.
Sel qəsəbənin mərkəzində, çay kənarında yerləşən məscidin həyətinə, fərdi bağ sahələrinə və digər ərazilərə ziyan vurub.
Eyni zamanda, yeni tikilən yolun bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb, avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır.
Mübariz Muradov
Qafqazinfo.









