“Qazprom Ermənistan” QSC-nin dörd əməkdaşı və Ermənistanın Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanının bir nümayəndəsi yeni tikililərin qaz təchizatına qoşulması zamanı yol verilən pozuntularla bağlı iş üzrə həbs ediliblər.
Bu barədə Antikorrupsiya Komitəsindən məlumat verilib.
Məhkəmə iş üzrə dörd nəfər barəsində həbs qətimkan tədbiri seçib. Daha bir nəfər isə ev dustaqlığına buraxılıb.
Report.