Qazaxıstanda antiinhisar nəzarəti sərtləşdiriləcək

Qazaxıstanda antiinhisar nəzarəti sərtləşdiriləcək

Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi antiinhisar qanunvericiliyinin daha sərt tətbiqinə keçidi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələrinin tətbiq olunmasını nəzərdə tutan qanunvericilik düzəlişləri zərfini formalaşdırıb.

Bu barədə Agentliyin sədrinin müavini Bolat Sambetov MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.

Onun sözlərinə görə, OECD-in 23 tövsiyəsini əhatə edən düzəlişlər zərfi antiinhisar orqanının işində bir sıra əsaslı dəyişiklikləri nəzərdə tutur.

Report.