Almatının müxtəlif rayonlarında yerləşən 3 ali təhsil müəssisəsi minalanma ilə bağlı təhdidlər alıb.
Bu barədə şəhərin polis departamentindən bildirilib.
Məlumata görə, hadisə yerlərinə təcili xidmətlər göndərilib. Mütəxəssislər zəruri təhlükəsizlik tədbirlərinə riayət etməklə binalara və ətraf ərazilərə kompleks baxış keçiriblər.
Media bildirib ki, ali məktəblərdən biri Beynəlxalq Biznes Universitetidir, onun elektron poçtuna binada partlayıcı qurğunun yerləşdirilməsi barədə məktub daxil olub.
Report.